EN

“Zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin rolu” – Masallıda tədbir

“Zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin rolu” – Masallıda tədbir

 

Masallıda yeniyetmə və gənclər arasında zərərli informasiya, erkən nikah və narkomaniya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair “Zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin rolu” adlı tədbir keçirilib.
Təzə Alvadı kənd Elşad Əhədov adına 1 saylı tam orta məktəbində keçirilən tədbir öncəsi Azərbayvanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbasov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, rayon təhsil sektorunun məsləhətşisi Hörmət Balakişiyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, məktəbin direktoru Möhsüm Süleymanov sağlamlıq üçün təhlükəli, gəncliyin hərtərəfli inkişafına ciddi əngəl törədən tütündən istifadə, spirtli içkilərə hədsiz aludəlik, narkotik vasitələr və psixotrop maddələrdən asılılıq, zərərli informasiya, erkən nikahlar və bu kimi zərərli vərdişlərin fəsadları barədə danışıblar. 
Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədilə keçirilən bu cür tədbirlərin əhəmiyyəti diqqətə çatdıran natiqlər məktəblilərin suallarını cavablandırıblar.

 

Akif AĞAYEV

Chosen
8
qht.az

1Sources