EN

Şəhid Kazımov İlqarın doğum günüdür » AzadMedia.az



Şəhid İlqar Kazımovun doğum günüdür. O, 5 fevral 1997-ci ildə Gəncə şəhərində anadan olub.

2012-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə 9 illik təhsilini başa vurduqdan sonra, 2 nömrəli Peşə liseyinə (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) qəbul olmuşdur, lakin təhsilini yarımçıq qoyaraq, həqiqi hərbi xidmətə yollanmışdır.

2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış İlqar Kazımov, Müdafiə Nazirliyinin SQ Təlim Tədris Mərkəzində xidmət etmişdir.

2019-cu ildə 2 nömrəli Peşə liseyini (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) bitirmişdir.

27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq İlqar Kazımov 30 sentyabr 2020-ci il tarixində yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşmuş, Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli rayonu və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

9 noyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

14 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Kazımov İlqar Nazim oğlu Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra), və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Chosen
4
4
azadmedia.az

5Sources