Hakkari vilayətində məktəblərin birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Türkiyənin Hakkari vilayətində məktəblərin birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, nahar fasiləsində hazırlanan yeməkləri yeyən bəzi şagirdlər ürək bulanması və başgicəllənmədən şikayət etməyə başlayıblar.
Xəstələnən 34 şagird təcili yardımla Hakkari Dövlət Xəstəxanasına aparılıb.
Qida zəhərlənməsi şübhəsi ilə müalicəyə aparılan şagirdlərin vəziyyətinin yaxşı olduğu bildirilib, hadisə ilə bağlı araşdırma başlanılıb.