EN

Röyadan Nərminə dəstək mesajı – FOTO

Xalq artisti Röya Ayxan müğənni Nərmin Kərimbəyovaya dəstək olub.

Doğru.az xəbər verir ki, Röya Nərminin doğum günündə etdiyi və izləyiciləri tərəfindən birmənalı qarşılanmayan fotosessiyasına “Mənim gözəlim, burda yazılan axmaq rəylərə, ümumiyyətlə, heç kimə, heç nəyə fikir vermə, xahiş edirəm. Çünki sən donor olmasa idin, qınayacaqdılar. Olanda da nümayiş etdi, deyillər. Sən doğru etdin, sən ailə nədir onu xatırlatdın. Sən ürəksən!” şərhini yazıb. Nərmin isə sənətçiyə “Sevirəm” sözü ilə
təşəkkürünü bildirib.
Qeyd edək ki, ifaçı fotolarda bir neçə il öncə, keçirdiyi əməliyyatdan qalan çapıq izlərini nümayiş etdirmişdi. Nərmin şəkillərinə “40 yaşımda özümə deyəcəyim budur. Özünə qarşı mərhəmətli ol. Sənin bir canın, bir ruhun, bir bədənin var” şərhini əlavə edib.
Xatırladaq ki, Kərimbəyova 2022-ci ilin may ayında qardaşına donor olaraq, ona qaraciyərinin 70 %-ni vermişdi.

DOĞRU.AZ

image-458f47f5-2a08-4ca7-a05d-c6edc00b6dca image-766056b0-51db-4ccc-95b0-1490aa0a3dd0 image-ad5faa71-1049-4cd3-8294-32e1ee960b9b image-da1c0ecc-d6a0-4fd4-a8ff-e3d244b5b20b

image-9faa7f6b-28a7-400f-a094-8a58e5b8861a

Chosen
3
9
dogru.az

10Sources