EN

Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar

Görkəmli bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin doğum günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova, bəstəkar Tural Məmmədli, bəstəkar İlahə Qismət dahi bəstəkarın milli musiqimizin inkişafında müstəsna rolunu vurğulayıb, onun zəngin yaradıcılığından bəhs ediblər.

Bildirilib ki, Qara Qarayev milli və ümumbəşəri miqyasda tanınan yaradıcılığı ilə yeni yollar açan yenilikçi bəstəkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatında xüsusi əlamətdar hadisəyə, bayrama, Azərbaycan mədəniyyətində dönüş nöqtəsinə çevrilib. Dünyaşöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ-nin əksər respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və başqa ölkələrdə keçirilən möhtəşəm musiqi tədbirlərində uğurla ifa olunub.

Mədəniyyət Mədəniyyət
Chosen
3
4
apa.az

10Sources