Görkəmli bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin doğum günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, dahi bəstəkarın milli musiqimizin inkişafında müstəsna rolu vurğulanıb, onun zəngin yaradıcılığından bəhs edilib.
Bildirilib ki, Qara Qarayev milli və ümumbəşəri miqyasda tanınan yaradıcılığı ilə yeni yollar açan yenilikçi bəstəkar olub. Dünyaşöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ-nin əksər respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və başqa ölkələrdə keçirilən möhtəşəm musiqi tədbirlərində uğurla ifa olunub.
![Qara](https://apa.az/storage/news/2025/february/05/small/67a3766f641aa67a3766f641ab173876593567a3766f641a867a3766f641a9.jpeg)
![Qara](https://apa.az/storage/news/2025/february/05/small/67a3766f6e2e167a3766f6e2e2173876593567a3766f6e2de67a3766f6e2e0.jpeg)