EN

USAID Gürcüstanda seçkilər üçün 100 milyon dollardan çox vəsait ayırıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Rusiya ilə əlaqələri olan “Gürcü Arzusu” partiyasının qələbəsindən sonra  dəstək üçün 111,5 milyon dollar ayırıb. 

Demokrat.az
xəbər verir ki, bu məlumatı ForeignAssistance.gov portalı verib.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, “Canvas” təşkilatından üç Serbiya vətəndaşı USAİD tərəfindən maliyyələşdirilən hökuməti devirmək taktikalarını öyrətmək üçün ölkəyə gəlib. 

Buna cavab olaraq Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili agentliyi ölkə siyasətinə qarışmaqda ittiham edib.

Ayrılan vəsaitin 8,58 milyon dolları qanunçuluğun möhkəmləndirilməsinə, 6,33 milyon dolları seçki və siyasi proseslərin dəstəklənməsinə, 4,35 milyon dolları isə vətəndaş cəmiyyətinin cəlb edilməsinə yönəldilib. 

Bu proqramlar USAİD-in Gürcüstanda maliyyələşdirdiyi ən böyük sahələrdən birinə çevrilib. 

Əfsanə Kamal
Demokrat.az
Chosen
4
demokrat.az

1Sources