EN

Azərbaycanda bu televiziyaların yayımı dayandırılacaq

Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə “MTV” və “Dünya TV” kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş video-formatda iclası keçirilib.

Audiovizual Şuradan verilən məlumata görə, 03 fevral 2025-ci il tarixində, saat 21.28-də “MTV” kanalının efirində yayımlanan “Doktor Seyfəddin Əsəd Klinikası”na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, həmin reklam materialında “Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir” ifadəsindən istifadə olunmuş və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilmişdir.

 

Bundan əlavə, 03 fevral 2025-cü il tarixində, saat 19.40-da “Dünya TV” kanalının efirində yayımlanan “Sabirabad Klinikası”na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbi pozulmuşdur.

 

Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 08.00-11.00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul etmişdir.

Chosen
33
49
tribunainfo.az

10Sources