![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/konqres.webp)
Amerikada prezident seçkiləri ərəfəsində erməni diaspora rəhbərləri hər iki namizədi yalançı adlandıraraq təhqir etdi
Bir neçə gün əvvəl ABŞ Konqresində Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti öz işinə başlayıb. Əvvəlcə onu qeyd edək ki, sammitin panel müzakirələrinin əksəriyyətinin sponsoru "Amerika Erməni Assambleyası" və "Ay-Data" Amerikanın erməni diaspora təşkilatları olub.
Maraqlıdır ki, bu sammitin həmsədriləri və sammitdə çıxış edən respublikaçı konqresmənlər də ermənilərə işləməklə məşhurlaşan, ermənilərin sponsorluğu ilə varlanan parlamentarilərdir.
Adları Azərbaycan cəmiyyətinə çox tanış olan konqresmen Sem Braunbek və Katrina Lantos Svett sammitin həmsədrlari, Kris Smit və Qus Bilirakis isə erməniləri "əzilmiş xalq" kimi təqdim edən respublikaçı konqresmendir. Belə bir atmosferdə keçən sammitdə, bir qədər mübaliğəli desək, dini etiqad azadlığından daha çox ermənilərdən danışılıb. Bu da təbiidir, çünki, necə deyərlər, Konqresdə "çalınan bu musiqinin" sifarişçisi - sponsoru ermənilərdir.
Sammitdə belə bir fikir formalaşdırılib ki, erməniləri Baydenin siyasəti də qane etməyib, Tramp ermənilərə qarşı daha çox sayğı göstərməli, Ermənistanın problemlərini həll etməlidir. Ermənilərin isə başlıca problemi Qarabağ ermənilərinin geri qaytarılması, Azərbaycanda ittiham edilən erməni əsilli terrorçuların İrəvana təhvil verilməsi, Qarabağ ermənilərinin mədəni irsinin qorunması və s.-dir.
Bununla yanaşı, Amerıkanin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişin yenidən qüvvəyə minməsi də ermənilərin "əsas problemləri" siyahısına daxildir.
Bu yerdə bir lətifəni yada salmaqda fayda var. Erməniyə deyirlər ki, nə diləyirsənsə dilə, sənə verəcəyik, amma sənə verdiyimizin iki qatını türk qonşuna verəcəyik. Erməni deyir ki, gözümün birini yerindən çıxardın. Budur erməni xisləti...
Sammit ABŞ-nin hazırkı administrasiyasını bu problemlərlə bağlı tədbir görməyə çağırıb. Bu, parlamentin Trampa qarşı təzyiqidir. Amma Tramp bütün bunları etməyə borclu deyil.
Ermənilər o qədər həyasız tayfadır ki, Konqresdə Fizuli, Cəbrail, Zəngilan, Qubadlı, Ağdam, Şuşa və digər 30 il işğal altında saxladıqları ərazilərin də onlara qaytarılmasını tələb edə bilər. Amma Amerika da bilir ki, ermənilər hansı ideyanın sahibləridir.
Bir neçə il bundan əvvəl 80-90-cı illərin "miatsum" (erməni dilində birləşmək - yəni Qarabağı Ermənistana birləşdirmək-A.N.) şüarını aktuallaşdıran Nikol Paşinyan da bu sammitdə çıxış edəcək.
Əvvəlcə bu sammitdə qabardılan "erməni problemlərinə" nəzər salaq. Qarabağda "erməni mədəni irsi" dedikdə nələr anlaşılır, ilk növbədə buna aydınlıq gətirilməlidir. Qarabağda Sovetlər dönəmində tarixi abidə statusu almıs heç bir mədəni irsə toxunulmayıb. 30 illik işğal altında olarkən Azərbaycanın 7 rayonu və Qarabağ ərazisində məscidlər dağıdılıb, təhqir edilib, qəburlər sökülüb, yaşayış məntəqələri yerlə-yeksan edilib, min illərlə tarixi olan abidələr dağıdılıb və s. Əvəzində isə Xankəndidə və ətraf ərazilərdə saxta qəhrəmanlara heykəlciklər qoyulub, kilsələr tikilib. Əlbəttə, bunların hamısı sökülür və söküləcək, buna ermənilər tam əmin olmalıdır. Azərbaycan ərazisində son 30-40 il ərzində peyda olan bütün erməni nişanələri məhv edilməlidir. Çünki bunlar işğaldan sui-istifadə nəticəsində peyda olub.
Qarabağ ermənilərinə gəldikdə, onlar qovulmayıb, könüllü olaraq Azərbaycan yurisdiksiyasında yaşamaqdan nümayişkaranə şəkildə imtina edib, Azərbaycan hökumətinə asi çıxıblar. Onlar bununla Azərbaycana nifrətini ifadə ediblər. Ona görə də həmin əhalinin yenidən Qarabağa qayıtmağa mənəvi haqqı yoxdur. Amma Azərbaycan hökuməti yenə humanizm göstərir ki, kim qayıtmaq istəyirsə fərdi qaydada müraciət edə bilər.
Azərbaycanda ittiham edilən terrorçulara gəlincə, onların əli bu və ya digər şəkildə Azərbaycan xalqının qanına batıb, onlar xalqımız qarşısında günahkardırlar. Onlar öz günahlarını yalnız ədalət məhkəməsindən aldıqları cəza ilə yuya bilərlər. Belə cinayətkarlar Ermənistanda yüzlərlədir. Lakin Ermənistan hakimiyyəti onları xalqa "qəhrəman" kimi sırıyır, onlara heykəllər qoyur. Vaxt gələcək, Azərbaycanın təkidi ilə həmin heykəllər Ermənistanda da yıxılacaq, sağ qalan cinayətkarlar ittiham ediləcək.
Donald Trampın ermənilərə münasibətinə gəldikdə, bu da hamıya aydındır. Çünki Amerikada prezident seçkiləri ərəfəsində erməni diaspora rəhbərləri hər iki namizədi yalançı adlandıraraq təhqir etdi. Amerika erməniləri bu gün dini etiqad azadlığı sammitində irəli sürdüyü tələbləri seçkilər vaxtı namizədlər qarşısında da qoymuşdular. Özü də ermənilər vəd istəmirdilər, konkret "problemin" dərhal həllini tələb edirdilər. Namizədlərin isə belə bir imkanı yox idi. Ona görə də diaspora rəhbərləri bütün erməniləri prezident seçkilərini boykot etməyə çağırdı. Bu səbəbdən də Donald Trampın ermənilərə hec bir borcu yoxdur.
Akif NƏSİRLİ