EN

Ağ Evin daxilində fikir ayrılığı baş verir

Ağ

ABŞ prezidenti Donald Trampın administrasiyasında Ukrayna münaqişəsinin həlli ilə bağlı fikir ayrılığı yaranıb. “Ulusum”.az xəbər verir ki, NBC-nin məlumatına görə, mənbələr və keçmiş məmurlar bildirirlər ki, bəzi rəsmilər Rusiyaya təzyiqin artırılmasını dəstəkləyir, digərləri isə Kiyevə yardımların azaldılmasını təklif edir.Milli Təhlükəsizlik üzrə müşavir Mayk Vals və Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq ABŞ-ın təsir imkanlarından istifadə edərək Vladimir Putini istefaya məcbur etmək istəyirlər. Digər qrup isə Bayden dövründə Ukraynaya ayrılmış milyardlarla dollar yardımın azaldılmasını münaqişənin tez bir zamanda həllinə nail olma vasitəsi kimi görür.Jurnalistlərə açıqlamasında Kelloq Trampın milli təhlükəsizlik komandası arasında vahid mövqe olduğunu qeyd edib. O əlavə edib ki, prezident zərurət yarandığı halda Ukrayna münaqişəsinə son qoymaq üçün ABŞ-ın bütün güc mexanizmlərini işə salacaq.Səidə

Diqqət Çəkənlər

Sabah Azərbaycanda hava necə olacaq?

Çin Google ilə bağlı araşdırma başladıb

Yunanıstan əhalisi güclü zəlzələdən ehtiyat edərək adanı tərk edirlər

Chosen
34
ulusum.az

1Sources