EN

Daha bir ölkə ÜST-dən çıxır

Argentina Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxacaq.

Publika.az bildirir ki, ölkə prezidenti Xavyer Miley bu barədə göstəriş verib.

Bunu hökumətin rəsmi nümayəndəsi Manuel Adorni bildirib.

Onun sözlərinə görə, Xavyer Miley bu məsələnin həllini xarici işlər naziri Gerardo Verteynə tapşırıb.

Argentina hökuməti buna səbəb kimi COVID-19 pandemiyası zamanı qurumun səhiyyə siyasətinin yaratdığı sualları və təşkilatla aralarında yaranmış dərin fikir ayrılıqlarını əsas gətirib.

Chosen
5
1
publika.az

10Sources