Bakı.Trend:
Rusiyanın İstintaq Komitəsi 21 yaşına qədər olan şəxslərəistənilən spirtli içki növlərinin satışının qadağan edilməsinitəklif edib.
Trend rus KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsininrəhbəri Aleksandr Bastrıkin bəyanat səsləndirib.
“Gənclər arasında spirtli içki alüdəçiliyinin qarşısını almaqməqsədilə spirtli məhsuların yaşı 21-ə çatmamış şəxslərə satışınaqadağa tətbiq etmək vacibdir”, - komitə sədri kollegiya iclasındabildirib.
Qeyd edilir ki, bundan əvvəl, ötən ilin sentyabr ayında RusiyaDövlət Dumasının deputatı Sultan Xamzayev parlamentarilərin yaşı21-ə çatmamış şəxslərə alkoqol satışı və ondan istifadənin qadağanedilməsi ilə bağlı qanun layihəsi hazırladıqlarını bildirmişdi.