EN

"Şans bizim tərəfdə deyildi" - Azər Bağırov

“Kəpəz”nin baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçisəvində “Neftçi”yə qarşı keçirdikləri ev oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətə üzüldükləri matçla bağlı belə danışıb:

“Maraqlı oyun oldu. Yeni futbolçuları meydanda görmək şansımız da var idi. Məncə, pis təsir bağışlamadılar. Elə komandayıq ki, qollar vurmalıyıq, epizodlarımız var. Sadəcə onları reallaşdırmaqda problemlərimiz yaranır. Hər hissədə 3-4 epizodumuz oldu ki, şans bizim tərəfdə deyildi. Xeyirli nədirsə, o olsun. Hər şey irəlidədir”.
 

Chosen
24
1
fanat.az

2Sources