EN

Azərbaycan iqtisadiyyatı ilə bağlı PROQNOZ: 2025-ci ildə...

“Moody’s Investors” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 % artacağını proqnozlaşdırır.

Publika.az “Report”a istinadən xəbər verir ki, ölkə iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyüb.

2024-cü ildə real ÜDM-in artımı 4,1 % təşkil edib ki, bu da 2023-cü ildəki 1,1 %-lik mülayim artımdan və iyulda gözlənilən 3 %-lik göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu inkişaf əsasən qeyri-neft sektorunun artımı ilə dəstəklənib və sektorun ötənilki artımı 6,2 % olub.

Hesabatda qeyd edilir ki, karbohidrogen qiymətlərinin mülayimləşməsi və büdcə xərclərinin artması nəticəsində 2024-cü ildə konsolidə edilmiş fiskal profisit ÜDM-in təxminən 4 %-i səviyyəsində olub. Bu, 2023-cü ildəki 8,2 %-lik profisitlə müqayisədə azalmadır.

Chosen
49
10
publika.az

10Sources