Bakı, TurkicWorld
Bu, heç vaxt qəbul edilə bilməz. Qəzza fələstinlilərə məxsusdur və qiyamətə qədər Fələstinin bir parçası olmağa davam edəcək
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu fikirlər TBMM sədri Numan Kurtulmuşun ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı plan ilə bağlı verdiyi açıqlamada yer alıb.
Numan Kurtulmuş ABŞ prezidenti Donald Trampın Qəzza planını sərt şəkildə qınayıb.
"Qəzza şirkətlərinizə satılacaq kupon ərazisi deyil",- deyə o qeyd edib.
İsrailin Qəzzaya hücumları və ondan sonrakı prosesə də toxunan Kurtulmuş, 1,5 ildir davam edən soyqırımdan sonra Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu üçün həbs qərarı çıxardığını xatırladıb.
ABŞ prezidenti Trampın belə səylərinin nəticə verməyəcəyini və heç bir gücün Netanyahunu törətdiyi cinayətlərə görə cavabdehlik verməkdən xilas edə bilməyəcəyini vurğulayan Kurtulmuş, Netanyahu və dəstəsinin beynəlxalq məhkəmələrdə cavab verəcəyini, bu soyqırımlara görə insanlıq adına cavab verəcəyini bildirib.
Qeyd edək ki, Kurtulmuş TBMM Birinci Ümumi Yığıncaq Salonunda Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Ankara Diplomat Akademiyası düşərgəsi”-nin açılış mühazirəsində iştirak edib.