EN

Argentina ÜST-dən çıxmaq niyyətini açıqlayıb

Argentina prezidenti Xavyer Miley ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə göstəriş verib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə respublika hökumətinin rəsmi nümayəndəsi Manuel Adorni bildirib. Onun sözlərinə görə, Mayli xarici işlər naziri Gerardo Verteynə "ölkənin ÜST-də iştirakına son qoymağı" tapşırıb.

Adorni səbəb kimiCOVID-19 pandemiyası zamanı səhiyyə siyasətləri ilə bağlı dərin fikir ayrılıqlarınıgöstərib.

…Biz, argentinalılar, beynəlxalq təşkilatın suverenliyimizə, o cümlədən sağlamlığımıza müdaxilə etməsinə icazə verməyəcəyik.

Bunu deyənAdorni əlavə edib ki, Argentina ÜST-dən maliyyə almır, ona görə də təşkilatdan çıxmaq ölkə üçün vəsait itkisi ilə nəticələnməyəcək və xidmətlərin keyfiyyətinə təsir göstərməyəcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ÜST-dən çıxmaq haqqında fərman imzalayıb. Vaşinqton hesab edir ki, təşkilat səmərəsizdir, siyasi təsir altındadır və ABŞ-dan həddən artıq maliyyə tələb edir.

Əli Babayev

Chosen
11
sia.az

1Sources