EN

Artımlardan sonra 540 manat pensiya alacaqlar

Artımlardan sonra 540 manat pensiya alacaqlar. 500 manat pensiya alan şəxs artımlardan sonra 540 manat pensiya almış olacaq.

AzPost qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov bu gün keçirdiyi brifinqdə bildirib.

DSMF sədri bildirib ki, vətəndaşlar bu artımı həm yanvar, həm də fevral üçün əldə etmiş olacaqlar:

“Pensiya artımları 700 min şəxsi əhatə edir. Onlardan 400 mini dövlət, 300 mini isə özəl sektorda çalışan şəxslərdir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların növbəti davamıdır.

Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.

Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin bu ilin əvvəlindən artırılması təmin edilir.

Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.

 

Chosen
14
25
azpost.info

10Sources