EN

Mindən çox yaşayış məntəqəsini daşqın təhlükəsi gözləyir



Sputnik Qazaxıstan xəbər verir ki, fövqəladə hallar naziri Çingiz Arinov daşqın təhlükəsi olan ərazilərin adlarını açıqlayıb.
Nazirin sözlərinə görə, 1223 yaşayış məntəqəsi daşqın təhlükəsi yüksək olan ərazilərdə yerləşir.
"Bu yaşayış məntəqələrinin əksəriyyəti Qərbi Qazaxıstan vilayətində yerləşir. Orada 186 yaşayış məntəqəsi daşqın təhlükəsi ilə üzləşib. Ondan sonra Qaraqanda vilayəti - 150 yaşayış məntəqəsi, Akmola vilayəti - 144 yaşayış məntəqəsi, Şimali Qazaxıstan vilayəti - 116 yaşayış məntəqəsi, Şərqi Qazaxıstan vilayəti - 72 yaşayış məntəqəsi gəlir", - Arinov parlamentdə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bunlar statistikadır və bununla bağlı təşvişə düşməyə ehtiyac yoxdur.
"İnsanlar düşünür ki, bütün yaşayış məntəqələri su altında qalacaq. Bu belə deyil. Biz deyirik ki, sel təhlükəsi var. Amma tədbir görə bilərik", - nazir bildirib.
Send feedback
Chosen
4
newscenter.az

1Sources