Rusiya ilə hərbi münaqişədə qalib gəlmək mümkün deyil.
Oxu24.com xəbər verir ki,bu barədə Hollandiyanın ifrat sağçı Demokratiya Forumu (FvD) X sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verib.
Bəyanatda deyilir: “Rusiya ilə müharibə çox can və pul bahasına başa gəlir və onu qazanmaq mümkün deyil”.
Bundan əlavə, Hollandiya tərəfi Rusiya-Ukrayna münaqişəsinə son qoymağa çağırıb.
Bundan əvvəl Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans bildirmişdi ki, krallıq F-16 qırıcılarına xidmət etmək üçün ukraynalı hərbçilərə təlim keçməyi planlaşdırır. Bildirilib ki, 26 ukraynalı təlim keçəcək və F-16 “yer ekipajı komandiri” olacaq.
Nigar