EN

Latakiya və Qamışlı hava limanları fevralın 15-dək bağlı qalacaq

Ötən il dekabrın əvvəlində bağlanan Suriyanın Latakiya və Qamışlı şəhərlərinin hava limanları azı fevralın 15-dək təyyarələri qəbul etməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Dəməşq” uçuş-informasiya ərazisinin dispetçer xidmətindən bildirilib.

“Fevralın 15-i axşama qədər Latakiya və Qamışlı hava limanlarına bütün uçuşlar, eləcə də oradan bütün uçuşlar təxirə salınıb”, - agentliyin mənbəsi deyib.

O xatırladıb ki, hava limanları ötən il dekabrın 8-də ölkədəki vəziyyətlə əlaqədar bağlanıb. Onlarla yanaşı, ölkənin ən böyük hava limanları - Dəməşq və Hələbdəki aeroportlar da bağlanıb, üstəlik, Suriya hava məkanından üçüncü ölkələrə uçuşların tranziti də dayandırılıb. Daha sonra tranzit bərpa olunub, yanvarın 7-dən isə həm Suriya, həm də xarici aviadaşıyıcılar tərəfindən Dəməşqdən beynəlxalq reyslər həyata keçirilməyə başlanılıb.

Hələb hava limanına gəlincə, daha əvvəl tətbiq edilmiş iş rejimi fevralın 10-u axşama qədər qüvvədə qalacaq ki, bu da təyyarələrin yalnız mülki aviasiya sahəsində tənzimləyici dövlət orqanının xüsusi icazəsi ilə qəbulunu və göndərilməsini nəzərdə tutur.

Chosen
4
4
report.az

5Sources