EN

Avtobus xəndəyə çırpıldı

Antalyada sərnişin avtobusunun xəndəyə düşməsi nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

News24.az bildirir ki, qəza gecə saat 02:00 radələrində D-400 magistralının Qazipaşa rayonu Zeytinada məhəlləsində baş verib.

Alınan məlumata görə, ND-nin idarə etdiyi Antalyadan Adıyaman istiqamətində hərəkət edən  sərnişin avtobusu yağış səbəbindən sürüşkən olan yolda sürücünün sükan idarəetməsini itirməsi nəticəsində yoldan çıxıb. 

Yoldan keçən sürücülərin xəbəri üzərinə hadisə yerinə polis, jandarma, xilasetmə, axtarış-xilasetmə qrupları və Qazipaşa, Anamur və Alanyadan çoxlu sayda sağlamlıq qrupu sövq edilib. 10-u ağır olmaqla 33 yaralı təcili yardımla Qazipaşa və Alanya xəstəxanalarına göndərilib. 

Zəhraxanım

Chosen
31
news24.az

1Sources