İsrailin Baş naziri Benyamin Netanyahu həftənin sonuna qədər Dohaya danışıqlar qrupunu göndərməyə hazırlaşır.
Parol.az xəbər verir ki, səbəb HAMAS-la girov müqaviləsinin ikinci mərhələsi ilə bağlıdır.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu açıqlama Netanyahu ilə ABŞ-nin Yaxın Şərq üzrə elçisi Stiv Vitkoff arasında Vaşinqtonda keçirilən görüşdən sonra verilib.