EN

İcbari Sığorta Bürosu”nun Himayəçilər Şurasına yeni sədr təyin edilib

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının növbədənkənar iclası keçirilib.

Avtosfer.az "APA"ya istinadən xəbər verir ki, iclasda İSB-nin Nizamnaməsinə müvafiq olaraq Azərbaycan Mərkəzi Bankının Daxili audit departamentinin direktoru Elçin Əlizadə Şura üzvü təyin edilib. İclasda Şuranın yeni sədrinin seçilməsi məsələsinə də baxılıb. E.Əlizadə İSB Himayəçilər Şurasının sədri seçilib. O bu vəzifədə AMB-nin baş direktoru Ziya Əliyevi əvəz edib.

Qeyd edək ki, E.Əlizadə 2023-cü ilin fevralından İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri vəzifəsində çalışıb.

Chosen
17
2
avtosfer.az

3Sources