EN

"Intel" yeni nəsil prosessorların istehsalı üçün avadanlıq alacaq

Niderland mənbələri "Intel"in ASML-dən "TwinScan EXE:5200" adlı ilk seriyalı litoqrafik skaneri alacağını bildiriblər. Bu avadanlıq "Intel 14A" (1,4 nm) texnologiyası ilə çip istehsalı üçün əsas sayılır.

Valyuta.az xəbər verir ki, bu barədə "Tweakers" portalı məlumat yayıb.

Baxmayaraq ki, "Intel" bu il kapital xərclərini 4 milyard dollar azaltmağı planlaşdırır. Amma bu, şirkətin Niderland istehsalçısından yüksək aperturalı EUV (High-NA) avadanlıq almasına təsir etməyəcək.

Əvvəllər ASML üç ədəd "TwinScan EXE:5000" skaneri təqdim etmişdi, lakin onlar yalnız tədqiqat məqsədləri üçün istifadə edilir. Çiplərin seriyalı istehsalı isə yalnız "TwinScan EXE:5200" və onun daha yeni versiyaları ilə mümkündür. Bundan əvvəl TSMC-nin də bu avadanlığın erkən nümunələrini alacağı bildirilmişdi.

Məlumatlara görə, "Intel" yaxın aylarda "TwinScan EXE:5200" skanerinin komponentlərini qəbul etməyə başlayacaq. Bu skaner saatda 185-dən çox silikon lövhəni emal edə bilir ki, bu da sınaq modellərindən əhəmiyyətli dərəcədə üstündür. Şirkət 14A texnologiyası ilə çip istehsalına gələn il məhdud sayda başlamağı planlaşdırır.

ASML "High-NA EUV" avadanlığının kütləvi tədarükünü 2028-ci ilə planlaşdırır. Şirkət həmçinin daha yüksək sayısal aperturalı (0,75) avadanlıq üzərində işləyir ki, onun da 2032-ci ildə təqdim olunması gözlənilir.

Baxmayaraq ki, hər bir skanerin dəyəri yüz milyonlarla dollar təşkil edir. Niderland mediasının məlumatına görə, "Intel" bu sahədə qənaət etməyi düşünmür. Şirkət qabaqcıl texnologiyaların mənimsənilməsinin rəqabət qabiliyyətini qorumaq üçün kritik əhəmiyyət daşıdığını anlayır.

Paşa Məmmədli

Chosen
22
valyuta.az

1Sources