Rusiya ilə Ukrayna arasında yeni əsir mübadiləsi həyata keçirilib. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, Kiyevin nəzarətində olan ərazidə əsir götürülən 150 rus əsgəri xilas edilərək Rusiyaya qaytarılıb. Bunun müqabilində isə Ukrayna ordusundan əsir götürülən 150 əsgər Kiyevə təhvil verilib. Əsirlikdən azad edilən hərbçilər Belarusda nəzarətdə saxlanılır. Məlumata görə, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçiliyi ilə həyata keçirilib. Qeyd edək ki, bundan əvvəl Rusiya və Ukrayna 25 əsgəri dəyişmişdi. Bundan əvvəlki mübadilə də Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçiliyi ilə həyata keçirilmişdi.