Xatırladaq ki, Senat fevralın 4-də Bondini yeni ədliyyə naziri kimi təsdiqləyib. Tramp keçmiş konqresmen Mett Qets bu vəzifə uğrunda mübarizədən imtina etdikdən sonra Bondinin namizədliyini irəli sürüb. Bondi Florida və Stetson universitetlərində təhsil alıb. O, Florida ştatının baş prokuroru vəzifəsində çalışan ilk qadın olub və bu vəzifəni 2011-2019-cu illər arasında tutub.