“Qarabağ"ın sabiq futbolçusu Julio Romaonun yeni iş yeri bəlli olub.
90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu bundan sonra Macarıstanın "Ferentsvaroş" komandasının uğurları çalışacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, 2022-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Julio Romao 120 oyunda 2 qol vurub. 27 yaşlı oyunçu 2022/2023 və 2023/2024-cü illər mövsümlərində Azərbaycan çempionu, 2023/2024-cü illər mövsümündə isə ölkə kubokunun qalibi olub.