Fevralın 5-i axşam saatlarında Rusiya ordusu Odessa vilayətinə raket zərbəsi endirib.
Axar.az xəbər verir ki, bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
“Odessa vilayətində Rusiyanın yarımtikili yaşayış binasına raket hücumu nəticəsində bir nəfər həlak olub, bir nəfər isə xəstəxanada ağır vəziyyətdədir”, - deyə rəsmi bildirib.
Sosial şəbəkələrdə yayılan digər məlumata görə, bir nəfərin də raket hücumu nəticəsində başı və ayağı yerindən qopub.