EN

Tramp ABŞ qoşunlarını Qəzzaya göndərmək öhdəliyi götürməyib - Ağ Ev

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Qəzza zolağına ABŞ qoşunlarınıngöndərilməsi ilə bağlı öhdəlik götürməyib.

Trend-inməlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livittjurnalistlər üçün keçirilən növbəti brifinqdə deyib.

"Prezident Qəzzaya qoşun yeritmək öhdəliyi götürməyib", - deyəAğ Evin mətbuat katibi bildirib.

"O həmçinin bildirib ki, ABŞ Qəzzanın bərpası üçün pul ödəməkniyyətində deyil. Onun administrasiyası bu bölgənin yenidənqurulması üçün bölgədəki tərəfdaşlarımızla işləyəcək", - deyəK.Livitt əlavə edib.

Chosen
13
2
az.trend.az

1Sources