EN

Ermənilər özləri etiraf edirlər ki...

Yaxın günlərə qədər ölkəmizə qarşı bədxah münasibətlər göstərən, bir çox hallarda Ermənistanı dəstəkləyən Avropa İttifaqı (Aİ) səhvə yol verdiyini anlayaraq yanlış mövqeyindən geri addım atıb. Orada başa düşüblər ki, Aqzərbaycanla iqtisadi əməkdaşlıq ona böyük mənfəət verə bilər. Yəni, Avropa İttifaqı (Aİ) üçün bölgədə əsas tərəfdaş Ermənistan yox, yaxınlarda milyardlarla dollar dəyərində Anlaşma Memorandumunu imzaladığı Azərbaycandır.

Ermənistanın müxalif “Respublika” Partiyasının sədr müavini Armen Aşotyan Ermənistanın Aİ-yə üzvlük perspektivlərini şərh edərkən məyusluqla deyib: “İki gün əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla bir neçə milyard dollarlıq layihə imzalayıb. Avropa rəsmiləri bildiriblər ki, 2025-ci ildə Azərbaycanla enerji sektorunda fəal qarşılıqlı fəaliyyət olacaq. Yeri gəlmişkən, Ermənistan bu baxımdan Belarus və Azərbaycanla eyni siyahıdadır”. Ancaq üç ölkədən yalnız biri-Azərbaycan Avropa İttifaqının iqtisadi maraqlarına uyğun gəlir. Çünki Azərbaycan müstəqil siyasət yürüdür, kiminsə diktəsi ilə oturub-durmur, bütün ölkələrlə əməkdaşlığa açıqdır. Bunları indiyədək həyata keçirdiyi iqtisadi layihələri ilə sübut edib.

Aşotyan qeyd edib ki, Avropa Komissiyası qonşularla əməkdaşlıqla bağlı strukturu bölüb: “Bu strukturun orqanlarından biri yalnız Yaxın Şərqlə, digəri isə qonşularla və “Şərq Tərəfdaşlığı” Proqramının üzvləri ilə məşğul olacaq”.

Üzvlük haqqında düşünərkən Bakı-Brüssel münasibətlərinə baxmağa çağıran partiyanın sədr müavini hesab edir ki, Aİ üçün bölgədə əsas tərəfdaş Ermənistan yox, Azərbaycandır. Ona görə də zəif Ermənistanın Aİ-yə üzv olacağına heç bir ehtimal yoxdur. Əhalisini təmin edə bilməyən dövlətlə hansı iqtisadi əməkdaşlıqdan danışmaq olar? Aşotyan baş nazir Nikol Paşinyanın bu istiqamətdəki səylərini tamamilə qeyri-real və mənasız hesab edir.

Erməni olanda nə olar, dediklərində məntiq var. Əslində Ermənistanın Avropa İttifaqının üzvlüyünə həvəs göstərməsinin yeganə səbəbi oradan külli miqdarda pul qoparmaqdır.Məqsəd budur ki, üzvlüyə qəbul olunan kimi yenə “yazıq”, “əzabkeş” maskalarını taxıb həftəbaşı kəsəcəklər qurumun kandarını. Sızıldayacaqlar ki, acıq, kasıbıq, İkinci Qarabağ müharibəsində böyük zərər görmüşük. Demədiyimiz yüz çür yalan uyduracaqlar.  Həyasızlıqlarını ortaya qoyub qurumun milyardlarından pay istəyəcək və ondan havayı qida mənbəyi kimi sui-istifadə edəcəklər. Çünki haylar həmişə parazit həyatı sürüblər, yəni başqalarının hesabına yaşamağı özlərinin həyat amalına çeviriblər. Onların nənə-babaları Hindistanda qaraçılıq ediblər, yəni faydalı əməkdən yayınıblar. Dilənçilik və cinayətkarlıq da elə oradan başlayıb, hansı ölkəyə gediblərsə orada köhnə yaramaz əməllərini işə salıblar. İfşa olunanda isə başqa ölkəyə köçüblər. Beləliklə də qaraçı haylar dünyanın ən müxtəlif guşələrinə yayılıblar.

Avropa İttifaqına üzvlüyə tələsən ermənilər qaraçı ata-babalarının dilənçilik ənənəsini bu gün də davam etdirməkdədir. Avropalılar isə o qədər də sadəlövh deyillər ki, haylar kimi avantüristləri öz sıralarına gətirib heç bir qarşılıqsız onları təmin etsinlər. Axı, hayların Avropa İttifaqı ilə iqtisadi əməkdaşlıq üçün potensialı yox dərəcəsindədir. Daha ciddi bir səbəb odur ki, bunlar haydır və haylar dəfələrlə onları hər təhlükədən xilas edərək “yağ içində böyrək” kimi bəsləyənlərə xəyanət ediblər. Özü də uzaqda deyil, bütün Avropanın gözləri qarşısında. Yəni, belə xəyanəti tarixin sərt döngələrindən birində gözlənilmədən Avropa İttifaqına da edə bilərlər. Axırıncı Rusiya xəyanəti gözlərinin qarşısında baş verir. Bu qədər naxələflikdən və etibarsızlıqdan sonra Avropa İttifaqı Ermənistanı üzvlüyə qəbul edərmi? Cavabı bəllidir. Ancaq bu dünyada elə gözlənilməz işlər baş verir ki…

Vəli İlyasov, “İki sahil”

Chosen
12
ikisahil.az

1Sources