1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniya Kral Kubokunda ikinci 1/4 final matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, "Leqanes" doğma meydanda "Real Madrid" qarşısında sonadək tab gətirə bilməyib. Ev sahibləri 2 top geridən gələrək hesabı bərabərləşdirsələr də, əlavə olunmuş dəqiqələrdə buraxılan qolla məğlub olublar - 2:3.
Qələbə sayəsində "Real" həmyerlisi "Atletik"in ardınca adını yarımfinala yazdırıb.
Qeyd edək ki, bu iki klubla yanaşı "Barselona", "Valensiya", "Real Sosyedad" və "Osasuna" da Kral Kuboku uğrunda mübarizə aparır.