“Qarabağ”ın Avropa Liqasında ilk Liqa mərhələsi sınağı heç də ürəkaçan olmayıb.
“Qarabağ” futbolçuları nə qədər istəkli olsalar da, nə qədər çox hücum təşkil etsələr də (314 hücumla turnirdə 6-cı göstərici), hücumların kəsərsizliyi komandanı Liqada ən zəiflər sırasında saxlayıb.
Sportinfo.az xəbər verir ki, zərbə sayı cəmi 82 olan Ağdam klubu bu nəticə ilə turnirdə cəmi 5 komandadan, qapı çərçivəsinə gedən zərbələrin sayında isə (22) yalnız “Elfsborq”dan (20) üstündür.
Topa sahibolmada (53,9 faiz) turnirdə 7-ci olması komandamıza turnir cədvəlində sonuncu olmamağa yetərli olmadı.