EN

Amerikalı nazirdən BRİKS-ə xəbərdarlıq - "Dollara alternativ yoxdur"

BRİKS ölkələri dollardan uzaqlaşmağa cəhd etsə də, yaxın gələcəkdə yeni ehtiyat valyutaya çıxış əldə edə bilməyəcəklər. Çünki dolların hələlik alternativi yoxdur"

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində deyib.

“Ölkələr dollardan uzaqlaşmaq barədə danışa bilərlər. Amma üfüqdə başqa ehtiyat valyuta görünmür”, - deyə o qeyd edib.

Bessentin sözlərinə görə, hələ də dünyada dollara alternativ yoxdur və o uzun müddət ehtiyat valyuta statusunu saxlayacaq.


Müəllif: Arzu
Chosen
18
teleqraf.com

1Sources