EN

Lemina rəsmən “Qalatasaray”da!

“Qalatasaray” Mario Leminanın transferi ilə bağlı “Vulverhempton”la razılıq əldə edib.

Futbolpress.az xəbər verir ki, bu keçidə görə İstanbul təmsilçisi futbolçunun keçmiş klubuna 2 milyon 500 min avroluq transfer haqqı ödəyəcək. 

Futbolçu ilə 2024-2025-ci il mövsümündən başlayaraq 1,5+1 illik müqavilə imzalanıb. 

Buna görə də Lemina 2024-2025 mövsümünün ikinci yarısı üçün 1.250.000 avro, 2025-2026 mövsümü üçün 2.500.000 avro və 2026-2027 mövsümü üçün istəyə bağlı olaraq 2.500.000 avro məbləğində zəmanətli ödəniş ödəniləcək. 

Chosen
13
futbolpress.az

1Sources