EN

Almaniyanın "Yaşıllar" Partiyası ötən il ən çox hücuma məruz qalıb

"Yaşıllar" Partiyasının nümayəndələri və ofisləri 2024-cü ildə Almaniyanın digər siyasi qüvvələri ilə müqayisədə ən çox hücuma məruz qalıb. Bu, Daxili İşlər Nazirliyinin Bundestaqdakı "Almaniya üçün alternativlər" fraksiyasının sorğusuna verdiyi cavabda əks olunub.

“Report”un məlumatına görə, bu barədə DPA agentliyi xəbər verib.

Ümumilikdə, 2024-cü ildəki hücumların sayı altı illik müşahidə müddətində ən yüksək səviyyəyə çatıb. Almaniyada ümumilikdə 635 belə hal aşkarlanıb, "Yaşıllar" Partiyasının 3 964 nümayəndəsi yaralanıb.

Qeyd olunur ki, bəzi hallarda söhbət şiddət, təhqir və ya digər "ifadə cinayətləri"ndən gedir.

Chosen
15
1
far.az

10Sources