EN

“Dedim ki, “Medcezir”i yenidən çəkək”

Türkiyəli aktyor Taner Ölmez açıqlaması ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, “İbrahim Selim ile bu gece” yutub kanalına qonaq olan sənətçi illər əvvəl çəkildiyi, reytinq rekordları qıran məşhur “Medcezir” serialından danışıb.

“Keçən il Ece Yörenç (red. – ssenarist) və Serenay Sarıkaya ilə qarşılaşdım. Dedim ki, “Medcezir”i yenidən çəkək. Çağatay Ulusoy və Barış Falayla da danışacağımı dedim. Yenidən belə bir layihənin parçası olmaq istərdim. Bəlkə bir gün olar”, - aktyor bildirib.

Xatırladaq ki, 2013-2015 illərdə yayımlanan “Medcezir” serialının baş rollarında Serenay Sarıkaya, Çağatay Ulusoy, Taner Ölmez, Hazer Ergüçlü, Mine Tuğay kimi məşhurlar yer alırdı.





Chosen
17
1
qafqazinfo.az

2Sources