Dördqat Milli Basketbol Assosiasiyasının (NBA) çempionu, həmçinin Kaliforniyanın “Los Angeles Lakers” klubunun lideri Lebron Ceyms yaxın iki il ərzində karyerasını bitirə bilər. SİA xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “New York Times” nəşri mənbələrə istinadən yazıb. Nəşr yazır ki, Lebrona yaxın insanlar onun yaxın iki il ərzində təqaüdə çıxa biləcəyini deyirlər.
Xatırladaq ki, NBA-nın cari mövsümündə amerikalı forvard 44 matçda iştirak edib. Orta hesabla Lebron hər oyunda 24,0 xal, 7,6 ribaund və 9,1 məhsuldar ötürmə edir.