"Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyo "Flamenqo"da ilk qolunu vurub.
“Qarabağ”ı “Flamenqo”ya dəyişən Juninyo yeni komandasında qol hesabını açıb.
"Operativ Media" xəbər verir ki, “sambaçı” “Portuquesa” ilə görüşün 40-cı dəqiqəsində rəqib qapısına yol tapıb. Bu qol onun “Flamenqo” forması ilə ilk qolu olub.
Qeyd edək ki, “Flamenqo” 5-0 hesablı qələbəyə sevinib.