EN

Tramp BOK-dan transgenderlərin olimpiyada iştirakına qadağa qoymasını tələb edəcək

ABŞ prezidenti Donald Tramp Beynəlxalq Olimpiya Komitəsindən (BOK) transgenderlərin Olimpiya Oyunlarında qadın yarışlarında iştirakına tam qadağa qoyulmasını tələb etmək niyyətindədir.

APA xəbər verir ki, bunu “Fox News”a müsahibəsində ABŞ senatoru Tommi Tubervil deyib.

“Prezident Tramp çox güman ki, bütün (transgender) kişilərin və oğlanların hər hansı olimpiya yarışlarında iştirakını həmişəlik qadağan etmək üçün Olimpiya Komitəsi ilə işləyəcək”, - o bildirib.

Chosen
14
1
apa.az

2Sources