EN

FTB baxış zamanı götürülən məxfi sənədləri Trampa qaytaracaq

ABŞ prezidenti Donald Trampın 2022-ci ildə Florida ştatındakı Mar-a-Laqo mülkündəki FTB-nin baxışı zamanı Trampdan götürülən sənədlər geri qaytarılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, dövlət başçısı məxfi sənədləri, habelə geyim, hədiyyələr, təbrik kartları, qəzet parçaları və kanadalı müğənni Selin Dionun şəkilləri kimi digər əşyaları geri alacaq. Trampın məxfi sənədlərlə düzgün rəftar etməməsini araşdıran prokurorlara və FTB agentlərinə artıq prezidentdən ələ keçirilən əşyaları geri qaytarmaq əmri verilib.

2022-ci ilin avqustunda Mar-a-Laqoda aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun agentləri 27-si ofisdə, 75-i isə saxlama otağında olmaqla ümumilikdə 102 sənəd ələ keçirib.

Chosen
15
2
ikisahil.az

5Sources