EN

İspaniyada strateji obyektlərə onlarla hücum təşkil edən haker həbs edilib

İspaniyada təhlükəli haker saxlanılıb. Onun "əsas rekordu"na NATO, BMT və ABŞ-ın hərbi məlumat bazaları da daxil olmaqla onlarla hücum daxildir

Bu barədə İspaniya polisinin saytı xəbər verir.

"Qaranlıq internet forumlarına müdaxiləyə görə məsuliyyəti üzərinə götürən şübhəli dövlət və özəl təşkilatların kompüter xidmətlərinə giriş əldə edə bilib", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücuma məruz qalan obyektlərin siyahısına Mülki Qvardiya, Müdafiə Nazirliyi, Milli Zərbxana və Marka, Təhsil Nazirliyi, Peşəkar Təlim və İdman Nazirliyi, Valensiya Generalitatı, İspaniyanın müxtəlif universitetləri, NATO və ABŞ ordusunun məlumat bazaları, eləcə də digər beynəlxalq şirkət və təşkilatlar daxildir.

"O, eyni zamanda cinayətlərlə əlaqəsi və şəxsiyyətinin müəyyən edilməməsi üçün müxtəlif təxəllüslərlə forumlara hücum etmək məsuliyyətini öz üzərinə götürüb", - polis yazıb.

Onun evinə baxış zamanı xeyli sayda kompüter avadanlığı götürülüb, mütəxəssislər tərəfindən ekspertiza keçirilir. Bundan əlavə, saxlanılan şəxsin müxtəlif növ kriptovalyutaları olan 50-dən çox kriptovalyuta hesabı var idi.

Əziz Mustafa, Oxuməni.az

Chosen
20
oxumeni.az

1Sources