EN

ŞAHNAZ BƏYLƏRQIZI BUNA GÖRƏ SAXLANILIB- DİN

Dünən axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub.

Tezadlar.az Turan- a istinadla bildirir ki, Şahnaz Bəylərqızı Toplum TV-nin cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. 

Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub. 2024-cü ilin martında bu nəşrə qarşı cinayət işi qaldırıldıqdan və demək olar ki, əməkdaşların hamısı həbs edildikdən sonra Bəylərqızı bir neçə dəfə dindirilib. Yaxınları bildiriblər ki, polis onun mənzilində axtarış aparıb. Hələlik saxlanmanın səbəbi məlum deyil. İlkin məlumatlara görə, bu, “Toplum” TV-yə qarşı cinayət işilə əlaqədardır.

Daxili İşlər Nazirliyi Turan-a Şahnaz Bəylərqızının saxlanılmasını təsdiqləyib. "Hüseynova Şahnaz (Bəylərqızı) istintaq zərurətinə görə saxlanılıb. Faktla bağlı araşdırma aparılır", - mətbuat xidmətindən bildirilib.

 

Chosen
24
tezadlar.az

1Sources