EN

Azərbaycan Kuboku: "Zirə" Araz-Naxçıvan"a, "Səbail" "Qarabağ"a qarşı - YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Zirə" səfərdə "Araz-Naxçıvan"ın qonağı olacaq. Bu, sözügedən komandaların "ikinci cəbhə"də ilk dueli olacaq. Belə ki, "Araz-Naxçıvan"la "Zİrə" indiyədək kubokda qarşılaşmayıblar. Çempionatda ilk "üçlük"də qərarlaşan komandalar avrokuboka vəsiqə mübarizəsini zəmanət altında davam etdirmək üçün kubokda da irəliləmək əzmindədirlər. 

Günün son sınağı isə "Səbail" ilə "Qarabağı" arasında olacaq. "Dənizçilər"in baş məşqçisi kimi ilk sınağını məhz "köhlən atlar"a qarşı keçirən Cavid Hüseynov bütün turnirlərdə ardıcıl 4 görüşdür məğlub olan "Qarabağ"ın durumundan yararlanmağa çalışacaq.

Qeyd edək ki, 1/4 finalın cavab oyunları 27-28 fevral tarixlərində keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
6 fevral

16:00. "Araz-Naxçıvan" – "Zirə"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı, Rəhman İmami
Hakim-inspektor: Gülağa Cabarov
Mərdəkan. "Liv Bona Dea Arena".

18:30. "Səbail" – "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev, Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
Bayıl. "ASCO Arena"
 

Chosen
8
18
fanat.az

10Sources