Rusiya Dövlət Duması ölkəyə gələn əcnəbilərin məcburi tibbi yoxlamadan keçirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.
APA TASS-a istinadən xəbər verir ki, bunu qanunverici orqanın sədri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.
“Ölkəmizə gələn əcnəbi vətəndaşların tibbi yoxlamadan keçirilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsləri üzərində işləyirik”, – deyə V. Volodin bildirib.