Rusiyalı milyarder Aleksandr Lebedev keçmiş həyat yoldaşı Lena Perminova ilə bağlı paylaşım edib.
Demokratikmusavat.comPublika.az-a istinadən xəbər verir ki, o, "Instagram" hesabında paylaşdığı fotoda Lenanın fotosunun iş masasında olduğunu nümayiş etdirib.
“Şəkil hələ də ofisimdə durur. Şayiələr, dedi-qodular və kəhanətlər boş işdir", - deyə o yazıb.
Xatırladaq ki, ötən il dekabrın 25-də Perminova şəxsi bloqunda özündən 27 yaş böyük milyarder Aleksandr Lebedevdən ayrıldığını elan edib. Bloqqer ayrılığın səbəbini açıqlamayıb.
Qeyd edək ki, cütlük 20 il münasibətdə olub. Onların dörd övladı var.