EN

Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər tutulub

Qobustanda
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub.
Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Chosen
50
12
1news.az

10Sources