EN

"Arsenal" 30 ildən çoxdur ki, Liqa Kubokunu qazana bilmir

İngiltərənin "Arsenal" klubu Liqa Kubokunu 30 ildən çoxdur ki, qazana bilmir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "topçular"ın turnirdə son çempionluğu 1993-cü ilə təsadüf edib.

Ötən gün yarımfinalın cavab görüşündə "Nyukasl"a məğlub olaraq (0:2) mübarizəni dayandıran Mikel Artetanın baş məşqçisi olduğu kollektivin seriyası 32 ilə çatıb. Bununla yanaşı, londonlular 2018-ci ildən bəri turnirin finalına çıxa bilmirlər.

Qeyd edək ki, "Arsenal" Liqa Kubokunun yarımfinalının ilk görüşündə də "Nyukas"la eyni hesabla məğlub olmuşdu.

Chosen
16
2
report.az

3Sources