EN

II Azərbaycan–Monqolustan siyasi məsləhətləşmələri

Fevralın 3–5-də xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycanın hökumət missiyası Monqolustanda səfərdə olub.

Səfər zamanı Elnur Məmmədov Monqolustanın xarici işlər naziri, xanım Batmunx Battsetseq, yol və nəqliyyat naziri Delqersixan Borxuu, Monqolustan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Odbayar Erdenetsoqt ilə görüşüb.

Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Monqolustan Xarici İşlər Nazirliyi arasında ikinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Monqolustan Xarici İşlər Nazirliyinin Dövlət katibi Munxtşiq Lxanajav rəhbərlik ediblər. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, yüksəksəviyyəli səfərlər mübadiləsi, həmçinin beynəlxalq təşkilatlar, müqavilə-hüquq, iqtisadi-ticarət, energetika, mədənçilik, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

XQ

Chosen
94
9
xalqqazeti.az

10Sources