EN

Qohumlarını öldürən ata-oğulla bağlı məhkəmə qərarı açıqlandı

Ali Məhkəmədə Yardımlıda əmisi və əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Kənan Nuroğlu və atası Nürəddin Kərimovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.
 

Qeyd: Tərəflər arasında mübahisə Nürəddin Kərimov və oğlu Kənanın kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən baş verib. Belə ki, qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin əraziyə gələrək etirazlarını bildiriblər. Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxardıb hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Nuroğlu ömürlük, Nürəddin Kərimov isə 17 il müddətə azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.


Kamal Məmmədov 

Tarix: 6 Fevral 2025, 10:01   
Chosen
1
1
pravda.az

10Sources