Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2025-27-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
Msport.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Azərbaycanın U-21 millisi püşk zamanı 5-ci səbətdə yer alacaq. Ümumilikdə isə 51 komanda 6 səbətə bölünəcək. İlk 5 səbətin hər birində 9, 6-cı səbətdə isə 6 yığma yer alacaq. Püşkdən sonra komandalar hərəsi 6 komandadan ibarət 6 qrupa və 5 millidən ibarət 3 qrupa bölünəcəklər.
Seçmə mərhələnin oyunları 2025-ci ilin martından 2026-cı ilin oktyabrına qədər davam edəcək, ardından pley-off oyunları keçiriləcək. 2027-ci ilin yayında isə Albaniya və Serbiyada final mərhələsi təşkil olunacaq.